Qidalanma
Yüksək lifli qidalar hansılardır?
Qidalanma
633

Yüksək lifli qidalar hansılardır?

Diyetoloqlar tez-tez yüksək lifli qidalardan istifadə etməyi tövsiyə edir. Bu növ qidaların insan orqanizminə faydaları isə saymaqla bitmir.

Lifli qidalar başda çəki norması olmaqla, xolestrol, qan şəkəri, ürək problemləri və bağırsaq bakteriyaları kimi xəstəliklərə qarşı olduqca faydalıdır. Bəs lifli qidalar deyəndə hansılar nəzərdə tutulur?

E-saglam.az yüksək lifli qidaların siyahısını oxuculara təqdim edir:

Kəpəkli, dənli bitkilər (kəpəkli çörək, yulaf əzməsi, sırf buğda tərkibli çörək, qara düyü, çovdar və arpa)

Tərəvəzlər (brokkoli, ispanaq, kələm, pazı, yaşıl noxud, göyərtilər)

Meyvələr (alma, armut, çiyələk, banan, moruq, portağal, böyürtkən, avokado, şaftalı)

Toxumlar (çia toxumu, kətan toxumu)

Qabıqlı çərəzlər (badam, balqabaq tumu, fındıq, fısdıq, xurma, qaysı). / Yenisabah.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun