Tibbi xəbərlər
35 yaşdan sonra kökəlmək
Tibbi xəbərlər
184

35 yaşdan sonra kökəlmək xərçəng riski yaradır? - Araşdırmanın nəticəsi

35 yaşdan sonra hər alınan artıq kilolar bədəndə iltihab riskini artırır.

E-saglam.az xəbər verir ki, Seul Tibb kollecinin alimləri Koreyanın 73 min nəfər əhalisi üzərində araşdırma aparıblar. Onların ömrü 5 mərhələdə izlənib.

Məlum olub ki, 35 yaşdan sorna 10 kq çəki alan qadınlarda süd vəzi xərçəngi riski 40% artır.

Alimlər bu nəticəyə gəliblər ki,35 yaşdan sonra çəkiyə nəzarət süd vəzi xərçənginin profilaktikası üçün vacibdir.

Süd vəzi xərçəngi 10% hallarda gen mutasiyası nəticəsində olur. 40 yaşdan sonra risk artır, eləcə də zərərli həyat, alkoqol və siqaret riski artırır. (medicina)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun