Xəbərlər
Abşeron Milli Parkında "Yarat-Tullantını azalt" tullantılardan hazırlanmış əl işlərinin sərgisi keçiriləcək
Xəbərlər
315

Abşeron Milli Parkında "Yarat-Tullantını azalt" tullantılardan hazırlanmış əl işlərinin sərgisi keçiriləcək

Sabah, Abşeron Milli Parkında "Yarat-Tullantını azalt" çağırışı ilə tullantılardan hazırlanmış əl işlərinin sərgisi təşkil olunacaq.

Bu barədə E-saglam.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Nazirliyin şöbə müdiri Səyyarə Məmmədovanın sözlərinə görə, sərgi ətraf mühitin tullantı yükünün azaldılmasına, təkrar istifadənin və emalın təşviqinə hədəflənib:

“ETSN-nin təşkilatçılığı, “Təmiz Şəhər” ASC-nin, "EkoSfera" Sosial Ekoloji Mərkəzin və "Forest school Azerbaijan"ın dəstəyi ilə keçiriləcək tədbirdə, tullantılardan sənət əsərlərinə çevrilən eksponatlar təkrar istifadənin nümunəsi olaraq təqdim ediləcək eyni zamanda tullantılardan müxtəlif əşyalar hazırlanaraq nümayiş olunacaq”.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun