Tibbi xəbərlər
Araz Nəsirov: Bəzi həkim və tibb bacıları
Tibbi xəbərlər
227

Araz Nəsirov: Bəzi həkim və tibb bacıları TƏBİB-in nə işi gördüyünü bilmir

Bəzi həkim və tibb bacıları TƏBİB-in nə işi gördüyünü bilmir.

E-saglam.az xəbər verir ki, bunu TƏBiB-in icraçı direktorunun müavini Araz Nəsirov media nümayəndələri üçün təşkil olunan tibbi savadlılıq təlimində səsləndirib.

Onun sözlərinə görə, hələ də bəzi tibb işçiləri TƏBİB-in nə işi gördüyünü, niyə fəaliyyət göstərdiyini bilmir:

"Bizlər səhiyyə sahəsində böyük əmək sərf edirik. Vətəndaşyönümlü səhiyyə sistemi qurmaq çox çətindir. Lakin bəzi tibb işçiləri bundan xəbərsizdir. Hansısa bir vətəndaşın TƏBİB-in fəaliyyətindən xəbərsiz olması anlaşılandır. Lakin tibb işçilərinin bunu bilməməsi qəbul edilən deyil".

Direktor müavini qeyd edib ki, vətəndaşları TƏBİB-in fəaliyyəti barədə məlumatlandırmaq çox vacibdir:

"Ölkədə hələ də bəzi insanlar özəl xəstəxanalara külli miqdarda pul ödəyərək müalicə olunur, əməliyyatlar etdirir. Buna görə də əhali arasında maarifləndirmə tədbirləri çox önəm daşıyır". (Report)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun