Qidalanma
Aşpaz yumurta bişirərkən edilən təhlükəli
Qidalanma
26

Aşpaz yumurta bişirərkən edilən təhlükəli səhv barədə xəbərdarlıq edib

Məşhur aşpaz Xose Andres yumurtanı sındırarkən edilən yayılmış bir səhvin sağlamlıq üçün risk yarada biləcəyini bildirib.

E-saglam.az  xəbər verir ki, onun sözlərinə görə, yumurtanı qabın və ya stəkanın kənarının nazik hissəsinə vuraraq qırmaq düzgün deyil.

Aşpaz izah edir ki, bu üsul qabığın xırda hissələrə parçalanmasına səbəb olur və həmin hissələr yumurtanın içinə düşə bilər. Bu isə salmonella kimi bakteriyalarla yoluxma riskini artırır.

Təhlükəni azaltmaq üçün yumurtanı düz səthdə, məsələn masa və ya doğrama taxtası üzərində yüngül şəkildə vuraraq sındırmaq tövsiyə olunur. Bu üsul qabığın daha az parçalanmasına və qidanın daha təhlükəsiz hazırlanmasına kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun