Dəmir çatışmazlığı ən çox rast gəlinən qidalanma problemlərindən biridir və bir çox hallarda anemiyaya səbəb olur. Bu vəziyyət istənilən yaşda ortaya çıxa bilər və vaxtında müdaxilə edilmədikdə sağlamlığa mənfi təsir göstərir.
E-saglam.az xəbər verir ki, Tibb elmləri doktoru, dosent Dmitri Karpenko bildirib ki, anemiya müstəqil xəstəlik deyil, orqanizmdə müəyyən çatışmazlığın göstəricisidir. Onun sözlərinə görə, əsas məqsəd yalnız hemqlobini artırmaq deyil, eyni zamanda onun azalmasına səbəb olan amili müəyyən edib aradan qaldırmaqdır.
Mütəxəssis qeyd edir ki, dəmir orqanizm tərəfindən ən yaxşı heyvan mənşəli qidalardan mənimsənilir. Xüsusilə mal və toyuq qaraciyəri, eləcə də balıq qaraciyəri dəmir baxımından zəngin mənbələr hesab olunur. Bundan əlavə, qırmızı ət – dana əti dəmir səviyyəsinin bərpasına kömək edir.
Həkim qaraciyərdən hazırlanan paştetlərin də qida rasionuna daxil edilməsini tövsiyə edir. Bu cür məhsullar həm rahat qəlyanaltı kimi istifadə oluna bilər, həm də orqanizmin dəmir ehtiyacının ödənməsinə dəstək verir.
Ekspert vurğulayır ki, düzgün qidalanma ilə yanaşı, dəmir çatışmazlığı şübhəsi olduqda mütləq həkimə müraciət etmək və laborator analizlərdən keçmək vacibdir.
Tərcümə: Könül Oruc