Bakı Baş Səhiyyə Mərkəzinə Şərifova Nərgiz Talıb qızı direktor müavini təyin edilib.
Bu barədə E-saglam.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, N.Şərifova 2023-cü ildən hazırkı təyinatınadək Azərbaycan Tibb Universitetinin (ATU) I uşaq xəstəlikləri kafedrasının assistenti, ATU Tədris Cərrahiyyə Klinikasının Yenidoğulmuşların intensiv terapiyası şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb.
N.Şərifova 1-ci dərəcə dövlət qulluqçusudur.