Faydalı
Həkim kişilərdə saç tökülməsinin
Faydalı
114

Həkim kişilərdə saç tökülməsinin müasir müalicə üsullarını açıqlayıb

Kişilərdə saç tökülməsi çox vaxt qaçılmaz proses kimi qəbul edilsə də, müasir tibbi yanaşmalar bu problemin qarşısını almağa və hətta qismən bərpa etməyə imkan verir.

E-saglam.az  xəbər verir ki, bu barədə dermatoloq və trixoloq Eduard Buçarov bildirib.

Onun sözlərinə görə, kişilərdə ən çox rast gəlinən saç tökülməsi androgenetik alopesiya ilə bağlıdır. Bu vəziyyət kişi hormonları – androgenlərlə əlaqəlidir və artıq 20–30 yaş aralığında kişilərin təxminən 30 faizində müşahidə oluna bilər. Yaş artdıqca bu göstərici daha da yüksəlir.

Mütəxəssis vurğulayır ki, bir çox insan problemi uzun müddət görməzlikdən gəlir və yalnız gec mərhələdə həkimə müraciət edir. Halbuki vaxtında başlanılan müalicə ilə effektiv nəticələr əldə etmək mümkündür.

Buçarov qeyd edir ki, fərdi yanaşma ilə hazırlanmış müalicə planı çərçivəsində 3–6 ay ərzində müsbət nəticələr əldə oluna bilər. Bu üsullara dərman preparatları, aşağı səviyyəli lazer terapiyası, plazma terapiyası və mezoterapiya daxildir.

Ekspert əlavə edir ki, saç tökülməsinin ilk əlamətləri hiss olunan kimi mütəxəssisə müraciət etmək vacibdir. Çünki bu proses irəlilədikcə saç follikulları geri dönməz şəkildə zədələnə bilər.

Nəticə olaraq, həkim bildirir ki, müasir qeyri-cərrahi üsullar sayəsində saç tökülməsini nəzarətdə saxlamaq və saç sıxlığını artırmaq mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun