Azərbaycanda altı dispanser Milli İdman Tibb və Reabilitasiya İnstitutunun tabeliyinə verilib.
E-saglam.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Gənclər və İdman Nazirliyinin Bakı şəhəri Tibb bədən tərbiyəsi dispanseri, Sumqayıt şəhər Tibbi-bədən tərbiyəsi dispanseri, Gəncə şəhər Tibbi-bədən tərbiyəsi dispanseri, Lənkəran şəhər Tibbi-bədən tərbiyəsi dispanseri, Şirvan şəhər Tibbi-bədən tərbiyəsi dispanseri və Şəki şəhər Tibbi-bədən tərbiyəsi dispanseri bundan sonra “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərəcək.