Tibbi xəbərlər
Azərbaycanda bu xəstəxana təmir olunur -
Tibbi xəbərlər
263

Azərbaycanda bu xəstəxana təmir olunur - 2 milyon manat ayrıldı

Gəncə şəhər Birləşmiş Xəstəxanası akademik Zülfüqar Məmmədov adına xəstəxanada əsaslı təmir işləri aparılacaq.

E-saglam.az xəbər verir ki, bununla bağlı müvafiq işlərə başlanılıb.

Əsaslı təmir işlərinin icrası Rayonlararası İstehsalat Kombinatına həvalə olunub və müqavilə bağlanılıb.

Müqaviləyə əsasən, xəstəxanada əsaslı təmir işlərinə 1 935 353,81 manat sərf olunacaq.

Qeyd edək ki, akademik Zülfüqar Məmmədov adına xəstəxana 1959-cu ildən fəaliyyət göstərir. Daha əvvəl tibb ocağı Kirovabad şəhər Təcili Tibbi Yardım xəstəxanası,1988-ci ildən isə Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanası adlandırılıb. Xəstəxana 3 mərtəbədən və 2 korpusdan ibarətdir. (İqtisadiyyat.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun