Tibbi xəbərlər
Özü insult keçirən həkim diqqətdən qaçan
Tibbi xəbərlər
88

Özü insult keçirən həkim diqqətdən qaçan mühüm bir əlaməti açıqlayıb

İnsult keçirən dermatoloq Sandra Li bildirib ki, bu xəstəliyin bəzi əlamətləri düşündüyümüz qədər açıq olmaya bilər və asanlıqla gözdən qaça bilər.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, insanlar yalnız klassik simptomlara deyil, daha incə siqnallara da diqqət etməlidir.

Həkim qeyd edib ki, ətraflarda zəiflik və nitq pozğunluğu kimi tanınan əlamətlərlə yanaşı, başgicəllənmə, qəfil yorğunluq, görmə problemləri və orientasiya pozğunluğu da insultun xəbərçisi ola bilər. Bu hallar çox vaxt sadə yorğunluq və ya stress kimi qiymətləndirildiyi üçün vaxtında fərq edilmir.

Sandra Li vurğulayıb ki, belə simptomları kiçik hesab edib diqqətdən kənarda qoymaq təhlükəlidir. Onun sözlərinə görə, erkən müdaxilə həyati əhəmiyyət daşıyır.

Mütəxəssis əlavə edib ki, tibbi yardım nə qədər tez göstərilərsə, sağalma şansı bir o qədər artır və ağırlaşma riski azalır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun