Xəbərlər
Baxımsız vəziyyətdə aşkar edilmiş körpənin aqibəti necə olacaq? -
Xəbərlər
324

Baxımsız vəziyyətdə aşkar edilmiş körpənin aqibəti necə olacaq? - Cavab

Nəsimi rayonu ərazisində ictimai iaşə obyektində baxımsız vəziyyətdə aşkar edilmiş körpə polis müşayiəti ilə nümayəndəmiz tərəfindən müvafiq tibb müəssisəsinə yerləşdirilib.

E-saglam.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, o, müalicə prosesinin ardınca aidiyyatı üzrə körpələr evinə yerləşdiriləcək.

Xatırladaq ki, iyulun 15-də Nəsimi rayonu Y.V.Çəmənzəminli küçəsi 5 ünvanında yerləşən ictimai iaşə obyektində 24 yaşlı S.Şərifova və 27.06.2024-cü ildə anadan olan körpəsinin baxımsız vəziyyətdə qalması barədə polisə məlumat daxil olub.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun