Kəklikotu çox vaxt faydalı bitki kimi tanınsa da, hamiləlik dövründə onun istifadəsi ilə bağlı ehtiyatlı olmaq lazımdır.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirir ki, bu bitkinin bəzi təsirləri ana və döl üçün risk yarada bilər.
Həkimlərin sözlərinə görə, kəklikotu uşaqlıq əzələlərini stimullaşdıra bilər. Bu isə xüsusilə erkən hamiləlik dövründə düşük riskini artıran amillərdən biri hesab olunur. Risk əsasən bitkinin yüksək miqdarda və ya müalicə məqsədilə istifadəsi zamanı artır.
Qeyd olunur ki, kəklikotu adi qida kimi, məsələn yeməklərə az miqdarda əlavə edildikdə adətən təhlükə yaratmır. Lakin dəmləmə, ekstrakt və xüsusilə kəklikotu yağı kimi daha konsentrat formaları daha güclü təsir göstərdiyi üçün tövsiyə edilmir.
Mütəxəssislər vurğulayır ki, hamiləlik dövründə bitki mənşəli vasitələrin belə nəzarətsiz istifadəsi düzgün deyil. Bu səbəbdən hər hansı bitki və ya əlavə qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur.
Könül Oruc