Bəzi qidaların soyuducuda saxlanması sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, qidanın saxlanma şəraiti onun növündən asılı olaraq dəyişir. Bəzi ədviyyatlar otaq temperaturunda saxlanmağa uyğun olduğu halda, digərləri soyuducuda saxlanılmalıdır. Eynilə, qidaların saxlanma şəraiti də müxtəlifdir. Bəzi qidalar soyuducuya qoyulduqda dadı dəyişir və qida dəyərini itirir. Yetişməsi lazım olan qidaların soyuducuya qoyulması onların yetişmə müddətinə mənfi təsir göstərir.
Bu qidaları soyuducuda saxlamaq olmaz:
Avokado
Ən şəfalı qidalardan biri olan avokado gec yetişən qidalardandır. Alındıqda yumşaq deyilsə, yetişmə prosesini tamamlamaq üçün soyuducuda deyil, qaranlıq bir mühitdə saxlamaq lazımdır.
Kartof
Kartofun görünüşü dəyişmədiyi üçün onun xarab olduğunu anlamaq çox çətindir. Onun qoxusu və dadı yaşadığı mühitdən asılı olaraq dəyişir. Soyuducuda saxlandıqda onun görünüşü dəyişməz qalır, lakin dadı pisləşir.
Qəhvə
Soyuq və rütubətli mühit qəhvənin teksturasını pozur və onu nəmləndirir. Rütubətli mühit həm qəhvənin keyfiyyətinə təsir edir, həm də dadını korlayır.
Sarımsaq
Antibakterial xüsusiyyətinə görə orqanizmdə infeksiyanı məhv edən sarımsaq, soyuducuda saxlandıqda bakteriya əmələ gətirə bilir. Sarımsaq sərin və qaranlıq mühitdə saxlandıqda qida dəyərini qoruyur.
Bal və mürəbbələr
Şəkərlənməyə çox həssas olan bal və mürəbbələr soyuducuda saxlandıqda qida dəyərini və maye formasını itirir.
Banan
Banan da avokado kimi yetişmə prosesi davam etdiyi üçün soyuducuda deyil, otaq temperaturunda saxlanmalıdır.
Tərcümə etdi: Könül Oruc