Bu siyahıya əməl edənlər hər gün bir kilo arıqlayacaqlar.
E-saglam.az xəbər verir ki, sağlam şəkildə arıqlamağın yollarından biri də kalori qəbulunu məhdudlaşdırmaqdır. Karbohidratlar və xəmir kimi qidaları həzm etmək çətindir. Bu növ qidalar bədəndə şişlik və ödem əmələ gətirir.
Bəs, gündə 1 kilo arıqlamağa kömək edən pəhriz siyahısında nə var? Budur həmin pəhriz və onun təfərrüatları...
SƏHƏR YEMƏYİ
2 xörək qaşığı yulaf
1 stəkan süd
1 porsiya meyvə
Nahar
3-4 xörək qaşığı tərəvəz yeməyi
1 dilim çörək
Salat
1 kasa qatıq
AXŞAM
1 kasa şorba
Salat
1 kasa qatıq
1 porsiya meyvə
Gün ərzində 10 min addım və 10 stəkan su içiləcək.
1 GÜNDƏ NƏ QƏDƏR ÇƏKİ ATMAQ OLAR?
Yuxarıdakı pəhriz siyahısına tam əməl etməklə gündə 1 kilo arıqlaya bilərsiniz.
Əgər arıqlamaq istəyirsinizsə, bunu yavaş-yavaş və davamlı etmək ən təhlükəsizdir.
Bir çox dietoloqlar ən sağlam və ən doğru yolun həftədə 1-2 kq arasında arıqlamaq olduğunu söyləyirlər.
Tərcümə etdi: Könül Oruc