Psixologiya
Depressiyaya qarşı ən təsirli üsul açıqlandı:
Psixologiya
208

Depressiyaya qarşı ən təsirli üsul açıqlandı: Nə dərman, nə də çay...

Dünya üzrə toplanmış məlumatların müqayisəli təhlilinə əsaslanan genişmiqyaslı elmi araşdırma göstərib ki, depressiyanın yüngülləşdirilməsində ən effektiv üsul nə dərman, nə də bitki çayıdır.

E-saglam.az xəbər verir ki, araşdırmanın nəticələri aktiv həyat tərzinin, xüsusilə də bəzi fəaliyyətlərin psixoloji sağlamlığa güclü təsir göstərdiyini ortaya qoyub.

Ən güclü təsir: rəqs terapiyası

Siyahının ilk pilləsində rəqs dayanır. Həm bədəni, həm də ruhu hərəkətə gətirən rəqs fəaliyyəti, depressiya əlamətlərini azaltmaqda ən yüksək effekt verən metod kimi önə çıxır. Rəqsin sosial təmas yaratması və ritmik hərəkətlərlə emosional tarazlığı dəstəkləməsi bu uğurun əsas səbəbləri kimi göstərilir.

Gəzinti və yüngül qaçış ikinci sırada

Rəqsdən sonra isə müntəzəm gəzinti və yüngül qaçış (jogging) gəlir. Xüsusilə açıq havada edilən bu fəaliyyətlər serotonin səviyyəsini artıraraq əhval-ruhiyyəni sabitləşdirir.

Zehin və bədən harmoniyasını gücləndirən üsullar da diqqət çəkir

Yoqa, tai-çi və çigun kimi metodlar da yüksək təsirliliyi ilə seçilib. Bu məşqlər təkcə fiziki hərəkət deyil, həm də nəfəs və fərqindəlik texnikaları vasitəsilə zehni rahatlıq yaradır.

Terapiya və fiziki aktivliyin birləşməsi ümidvericidir

Fərdi psixoterapiya, xüsusilə də bilişsel-davranış terapiyası (BDT) depressiya ilə mübarizədə effektivliyini qoruyur. Ancaq aerobik məşqlərlə birlikdə tətbiq edildikdə daha güclü nəticələr verir. Bu birləşmə bəzən dərman qədər təsirli olur.

Dərmanlar siyahının sonunda qalıb

Antidepressant dərmanlar (SSRI), geniş istifadə olunsa da, bu araşdırmada fiziki fəaliyyətlərdən geridə qalıb. Yalnız dərmanlara əsaslanan müalicə üsulları daha zəif təsir balı ilə siyahının aşağı sıralarında yer alıb.

Heç nə etmədən gözləmək çıxış yolu deyil

Tədqiqat nəticələri göstərir ki, heç bir müdaxilə etmədən gözləmək (waitlist control) depressiyanı azaltmır. Əksinə, simptomların daha da ağırlaşması ehtimalı artır. Bu da bir daha təsdiq edir ki, aktiv müdaxilə və düzgün üsul seçimi psixi sağlamlıq üçün həlledici əhəmiyyət daşıyır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Taglər

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun