Göbək düşməsi üçün hansı həkimə müraciət etməlisiniz?
E-saglam.az xəbər verir ki, xalq arasında göbək düşməsi kimi tanınan göbək sızmasının müalicəsi olduqca sadədir. Göbək düşməsi yaşayanlar bəzən təbii üsullara müraciət etmək istəyə bilərlər. Camaat arasında bəzən həll yolu ola bilən bu üsulların tətbiqi tamamilə təhlükəlidir. Həkiminizin təsdiq etmədiyi üsullardan uzaq durmalısınız. Göbək üçün xüsusilə zərərli olan hər hansı bir üsul zərərli nəticələrə səbəb ola bilər.
Göbək düşməsi üçün hansı həkimə müraciət etməlisiniz?
Göbək düşməsi üçün müraciət edəcəyiniz həkim ümumi cərrah olmalıdır. Bundan əlavə, ümumi cərrahın nəzarəti altında hər hansı əsas xəstəliyin olub-olmadığını müəyyən etmək üçün müayinə aparılmalıdır. Göbək düşməsi ana bətnində başlaya bilər və ümumiyyətlə, bu şikayətlə müayinəyə gələnlərin anadangəlmə anomaliyaya meylli olduğu görülür. Körpə ana bətnində doğulana qədər inkişaf edir. Doğuşdan sonra göbək inkişaf zamanı içəri, yuxarı və ya aşağı və ya yana doğru hərəkət etməsi nəticəsində göbək fərqli vəziyyətdə olur.
Tərcümə etdi: Könül Oruc