Tibbi xəbərlər
Gün ərzində 1-2 dəqiqə intensiv fiziki məşq
Tibbi xəbərlər
186

Gün ərzində 1-2 dəqiqə intensiv fiziki məşq infarkt ehtimalını 33% azaldır

Gündəlik qısamüddətli fiziki aktivliyi həyat tərzinə çevirən qadınlar, ümumiyyətlə fiziki fəaliyyətlə məşğul olmayanlardan fərqli olaraq ürək problemləri riskini 45 faizə qədər azaldırlar.

E-saglam.az xəbər verir ki, bu barədə "British Journal of Sports Medicine" jurnalında dərc edilən məqalədə qeyd olunur.

Alimlər 40-69 yaş arası 22 mindən çox insanı əhatə edən araşdırma aparıblar.

Məlum olub ki, gündə ən az 3-4 dəqiqə fiziki hərəkətlərə vaxt sərf edən qadınlarda ürək xəstəliyi riski əhəmiyyətli dərəcədə az olur.

"Hətta gündə 1-2 dəqiqə güclü hərəkət infarkt ehtimalını 33% azaldır", - deyə mütəxəssis qeyd edib.(oxu.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun