Tibbi xəbərlər
Tibbi xəbərlər
279

Helikopter qəzasında xəsarət alan hərbçilər evə buraxılıb - VİDEO

Noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət"də aviasiya poliqonunda təlim uçuşları həyata keçirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 helikopterində xəsarət alan hərbçilər evə buraxılıb.

Bu barədə E-saglam.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, yaralı hərbçilər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Dövlət Sərhəd Xidmətinin hospitalından ambulator müalicəyə buraxılıb. Hazırda yaralıların vəziyyəti yaxşıdır, hər iki hərbçi müalicələrini ev şəraitində davam etdirirlər.

Xatırladaq ki, noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman Dövlət Sərhəd Xidmətinə məxsus helikopter qəzaya uğrayıb.

Mİ-17 markalı helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər hərbi qulluqçu həlak olub, 2 nəfər yaralanıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun