Tibbi xəbərlər
Kəpənək xəstəliyi nədir? -
Tibbi xəbərlər
154

Kəpənək xəstəliyi nədir? - əlamətləri, səbəbi, müalicəsi

Kəpənək xəstəliyi kimi tanınan Sistemik Qırmızı Qurd Eşənəyi (SLE – Lupus Eritematozus), bədənin immun sisteminin öz sağlam toxumalarına hücum etdiyi avtoimmun xəstəliklərdən biridir.

E-saglam.az xəbər verir ki, xəstəlik xüsusilə üz nahiyəsində, burun və yanaqların üstündə kəpənək formasında qızartı ilə xarakterik olduğu üçün bu adla tanınır.

Əlamətləri nələrdir?

Lupusun əlamətləri insandan insana fərqli ola bilər. Ən çox rast gəlinən simptomlar bunlardır:

  • Üzdə, xüsusən yanaqlarda və burun üstündə kəpənək formasında səpki

  • Davamlı yorğunluq

  • Əzələ və oynaq ağrıları

  • Günəşə qarşı həssaslıq

  • Saç tökülməsi

  • Ağızda və burunda yaralar

  • Qızdırma, titrəmə

  • Böyrək, ürək, ağciyər və sinir sistemində pozulmalar (xəstəliyin ağırlaşmış formalarında)

Xəstəlik necə yaranır?

Lupusun dəqiq səbəbi hələ də tam bilinmir. Genetik meyl, ətraf mühit faktorları (günəş şüaları, virus infeksiyaları), hormonal dəyişikliklər və bəzi dərmanlar bu xəstəliyin yaranmasına təsir edə bilər. Xəstəlik daha çox qadınlarda, xüsusən 15-45 yaş arası qadınlarda müşahidə olunur.

Diaqnoz necə qoyulur?

Lupusun diaqnozu tək bir testlə qoyulmur. Həkimlər klinik əlamətlərə və laborator analizlərə əsaslanır. Ən çox istifadə olunan testlər:

  • ANA (antinüvə antikoru) testi

  • Anti-dsDNA və anti-SM antikor testləri

  • Qan və sidik analizləri

  • Böyrək funksiyası testləri

  • Biopsiyalar (lazım gəldikdə)

Müalicəsi necə aparılır?

Lupusun müalicəsi yoxdur, lakin əlamətlər nəzarətdə saxlanıla bilər. Müalicə adətən aşağıdakı dərmanları əhatə edir:

  • İltihab əleyhinə dərmanlar (məsələn, ibuprofen)

  • Kortikosteroidlər (iltihabı və immun reaksiyanı azaltmaq üçün)

  • İmmunsupressorlar (immun sistemi zəiflədən dərmanlar)

  • Hidroksixlorokin (xəstəliyin bəzi formalarında effektiv sayılır)

Lupusla yaşamaq mümkündürmü?

Bəli. Erkən diaqnoz və düzgün müalicə ilə xəstələrin böyük əksəriyyəti normal həyatlarını davam etdirə bilər. Xəstəliklə daha rahat yaşamaq üçün aşağıdakılar tövsiyə olunur:

  • Günəşdən qorunmaq

  • Sağlam qidalanmaq

  • Stressdən uzaq durmaq

  • Həkim nəzarətini və dərmanları laqeyd yanaşmamaq

  • Zəruri hallarda psixoloji dəstək almaq

Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun