Qidalanma
Miqren ağrısını 10 dəqiqədə yüngülləşdirdiyi deyilir:
Qidalanma
222

Miqren ağrısını 10 dəqiqədə yüngülləşdirdiyi deyilir: "McMiqren menyusu" həqiqətən işə yarayırmı?

TikTok-da “McMiqren Menyusu” adlı yeni bir trend başladı! Miqren ağrılarına qarşı kola və duzlu kartof qızartması üsulu sosial mediada sürətlə yayılır. Bəs bu üsul həqiqətən effektivdirmi, yoxsa sağlamlıq üçün təhlükəli bir moda axınıdır? Ekspertlər xəbərdarlıq edir, milyonlar diqqətini cəmləyib...

E-saglam.az xəbər verir ki, İngiltərə və Türkiyədə ümumilikdə 23 milyondan çox insanı təsir edən miqren, gündəlik həyatı çətinləşdirməyə davam edir. Eyni zamanda, sosial mediada tez yayılan yeni “həll” metodu diqqət çəkir. TikTok-da milyonlarla izlənilən videolara əsasən, miqren tutması keçirən bəzi insanlar kola və duzlu kartof qızartması yeyərək ağrılarının yüngülləşdiyini bildirir. “McMiqren Menyusu” adı verilən bu trend qısa zamanda minlərlə insan tərəfindən sınanmağa başladı.

Bəs bu üsul həqiqətən işləyirmi?

İngiltərədə yaşayan Nick Cook, həftədə beş gün miqren ağrısı ilə mübarizə aparan bir işçidir. Kola içməyin bəzi ağrılarını yüngülləşdirdiyini deyir, amma dərmanların yerini tutmadığını vurğulayır:

“Bu xəstəliklə yaşamaq çətindir. İşə getmək, sosiallaşmaq, səyahət etmək… Hər şey plan tələb edir. Bir kola bəzən kiçik bir rahatlama gətirir”.

Başqa bir istifadəçi Kayleigh Webster isə, kartof qızartmasındakı duzun təsirli olduğunu düşünür:

“Bəli, bir az rahatladır, amma bu həll yolu deyil. Miqren ciddi bir nevroloji xəstəlikdir”.

Bəs elm nə deyir?

Miqren mütəxəssisləri belə “həllərin” uzunmüddətli və elmi əsası olmadığını bildirir. Miqren Fondundan Dr. Kay Kennis qeyd edir ki, koladakı kofein bəzi insanlarda qısa müddət təsir göstərə bilər, lakin eyni zamanda bu maddə tutmaları tətikləyə bilir:

“Kofein və duz sinir sisteminə təsir edə bilər. Ancaq bu cür qidalar davamlı istifadə olunduqda əks təsir yarada bilər”

Həmçinin, fast food məhsullarında olan tiramin maddəsi miqreni tətikləyən amillərdən biridir. Buna görə ekspertlər, bu tip üsulların yalnız müvəqqəti rahatlama təmin etdiyini vurğulayır.

Ümid verən inkişaflar da mövcuddur

Neyroloq Prof. Peter Goadsby bildirir ki, son illərdə miqren müalicəsinə daha çox araşdırma maliyyəsi ayrılır. Yeni “gepant” adlı dərman qrupları, ağrı siqnallarını beyinə ötürən reseptorları bloklayaraq miqrenin başlamasını önləyə bilir. Həmçinin, həyat tərzi dəyişiklikləri də böyük əhəmiyyət daşıyır:

“Beyin siqnallarına diqqət edin. Yorğunluq, şəkər ehtiyacı, əhval-ruhiyyənin düşməsi kimi əlamətlər varsa, bədəniniz sizi xəbərdar edir. Bu siqnallara qulaq asın.”

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun