Tibbi xəbərlər
Nazir: "Naftalan neftinin sağlamlıq turizminin inkişafında rolunun artırılmasına çalışırıq"
Tibbi xəbərlər
105

Nazir: "Naftalan neftinin sağlamlıq turizminin inkişafında rolunun artırılmasına çalışırıq"

Səhiyyə naziri Teymur Musayev Naftalan neftinin sağlamlıq turizminin inkişafında rolunun artırılması ilə bağlı layihə üzərində işlərin davam etdirildiyini bildirib.

E-saglam.az xəbər verir ki, O, Azərbaycan-Türkiyə investisiya forumu çərçivəsində keçirilən “Azərbaycanda sağlamlıq turizminin inkişafı perspektivləri” mövzusunda tədbirdə çıxışı zamanı deyib ki, sağlamlıq turizminin inkişafı kompleks tədbirlərdən asılı olduğundan Səhiyyə Nazirliyi tərəfindən bu sahədəki aidiyyəti dövlət qurumları ilə fəal iş aparılır:

“Dövlət Turizm Agentliyi ilə birlikdə Naftalan neftinin sağlamlıq turizminin inkişafında rolunun artırılması ilə bağlı layihə üzərində işlər davam etdirilir”./Report

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun