Tibbi xəbərlər
Dilinizin ucunda hiss etdiyiniz söz
Tibbi xəbərlər
125

Dilinizin ucunda hiss etdiyiniz söz bu xəstəliyin ilkin əlaməti ola bilər

Hər kəs zaman-zaman “dilim ucunda” hissini yaşayır, lakin 60 yaşdan sonra bu daha çox yayılır.

E-saglam.az xəbər verir ki, ekspertlər bildirirlər ki, bu, Alzheimer və digər demans növlərinin erkən əlamətlərindən biri ola bilər.

Araşdırmalar göstərir ki, nitq ritmindəki yavaşlama və düzgün sözü tapmaqda çətinlik koqnitiv geriləmənin ilk göstəricilərindəndir. Toronto Universitetindən tədqiqatçılar 18-90 yaş arası 125 yetkinlə testlər aparıb. Nəticələr göstərib ki, nitq sürəti və cavab vermə vaxtı bir-biri ilə sıx bağlıdır.

Bu tapıntılar “Emal Sürəti Nəzəriyyəsi” ilə uyğun gəlir: yaşlanma ilə koqnitiv geriləmə yaddaş mərkəzlərinin deyil, ümumi emal sürətinin azalmasından qaynaqlanır. Psixoloq Hsi T. Wei bildirir ki, yaşlı yetkinlər şəkillərə ad vermək və ya yazılı sözləri oxumaqda gənclərə nisbətən xeyli yavaşdır.

Mütəxəssislər vurğulayırlar ki, nitq sürəti və səlisliyi gələcəkdə milyonlarla insan üçün erkən və ucuz diaqnostik vasitə kimi istifadə oluna bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun