Tibbi xəbərlər
Pediatr: "Uşaqlarda əmgəyin bir tərəfinin böyüməsi çox ciddi problemdir"
Tibbi xəbərlər
410

Pediatr: "Uşaqlarda əmgəyin bir tərəfinin böyüməsi çox ciddi problemdir"

“Yenidoğulmuş uşaqlarda başdakı sümüklər tam birləşmiş olmur, vaxt keçdikcə bir-birinə bağlanır.

3 aydan 18 aya qədər əmgək hər hansı vaxtda bağlana bilər. Buna görə bir valideynin 4 aylıq uşaqda əmgəyin bağlanmasından narahat olub nəsə etməyinə ehtiyac yoxdur”.

E-saglam.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimli bildirib.

E. Rəhimov qeyd edib ki, uşaqlarda əmgəyin 3 aydan əvvəl bağlanması baş dairəsinin böyüməsi ilə bağlı ola bilər: “Əmgəyin bir tərəfi böyüyür, digər tərəfi böyümürsə, bu, çox ciddi problemdir. Arxa əmgək isə 3 aya qədər birləşir”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun