Tibbi xəbərlər
Qarın yağını əridən ATOM BOMBASI -
Tibbi xəbərlər
205

Qarın yağını əridən ATOM BOMBASI - Gündə 2 stəkan qəbul edənlər arıqlayır

Arıqlayanda ilk ağıla gələn qarın piyidir. Qarın yağlarını əritmək üçün ən məşhur içki atom çayıdır. Bəs atom çayı necə hazırlanır?

E-saglam.az xəbər verir ki, tərkibində darçın kimi arıqlayan ədviyyatlar olan atom çayı qarın piylərində atom bombası effekti yaradır. Müəyyən bir nahiyəni arıqlatmaq üçün ən təsirli içkidir. 

Son zamanlar arıqlamaq istəyənlərin arasında atom çayı populyarlıq qazanıb. Çünki atom çayı qarın piylərinə atomik təsir göstərir. Resepti təqdim edirik: 

ATOM ÇAYININ TƏRKİBİ

2 zəncəfil

2 darçın çubuğu

1 xörək qaşığı ətirli bibər

1 qaşıq toz zərdəçal

1 çay qaşığı mixək

1 qanqal kökü

1 qaşıq muskat qozu

5 hibiskus yarpağı

Hazırlanma qaydası

Bütün ərzaqları bir qazana yığaraq üzərinə 2-2,5 litr su əlavə edin. Qaynadıqdan sonra aşağı istilikdə daha 10-15 dəqiqə bişirin. Bir az dəmlənməsini gözləyin. 

Yağ yandıran atom çayı hazırdır. Gündə iki stəkan içmək tövsiyə olunur. Hamilə qadınlar və ciddi xəstəlikləri olanlar həkimləri ilə məsləhətləşərək istehlak etməlidirlər.

Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun