Diyetoloq, tibb elmləri doktoru Mariyat Muxina bildirib ki, ət üçün istifadə edilən bütün marinadlar eyni dərəcədə təhlükəsiz deyil və bəzi məşhur seçimlər sağlamlıq üçün risk yarada bilər.
E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, kefir və qatıq kimi fermentləşdirilmiş süd məhsullarının marinad kimi istifadəsi müəyyən hallarda bağırsaq mikroflorasına mənfi təsir göstərə və bakteriyaların çoxalması üçün əlverişli mühit yarada bilər. Bu isə qida zəhərlənməsi və bağırsaq infeksiyaları riskini artıra bilər.
Muxina əlavə edib ki, laktoza dözümsüzlüyü olan şəxslər və xüsusilə uşaqlar bu tip marinadlarla hazırlanmış ət məhsullarını qəbul edərkən daha diqqətli olmalıdırlar. Həmçinin qazlı suyun da marinad üçün uyğun olmadığı, ətin dezinfeksiya xüsusiyyətinə malik olmadığı vurğulanıb.
Mütəxəssis daha təhlükəsiz alternativlər kimi sirkə, limon, nar və ya zoğal şirəsi kimi marinadları tövsiyə edir. Onun sözlərinə görə, bu tərkiblər antiseptik xüsusiyyətlərə malik olduğu üçün patogen mikroorqanizmlərin çoxalmasını azalda bilər.
Tərcümə: Könül Oruc