Tibbi xəbərlər
Qurani-Kərimdə 20 dəfə adı çəkilən meyvənin
Tibbi xəbərlər
512

Qurani-Kərimdə 20 dəfə adı çəkilən meyvənin İNANILMAZ faydaları

Qurani-Kərimdə xurma, 20 dəfə xurma və xurma ağacı kimi qeyd edilmişdir. Həmçinin hədislərdə cənnət meyvəsi kimi qeyd olunub. Zəhərə qarşı təsirli olan xurma, başqa hədislərdə müsəlmanlara acqarına yemələri məsləhət görülür, çünki xurma bağırsaq qurdlarını məhv edir.

E-saglam.az xəbər verir ki, xurma sağlamlığa bir çox faydası olan qidalar sırasındadır. Tərkibində dəmir, kalsium, kalium, sink, fosfor və maqnezium var.

Belə ki, antioksidantlarla zəngin olan xurma orqanizmdə xəstəliklərə səbəb ola biləcək radikallarla mübarizə aparır. Həm də xroniki xəstəliklər üçün risk altında ola biləcək bütün hüceyrələrlə mübarizə aparır. Sümük sağlamlığını dəstəkləyən xurma ürək sağlamlığını da dəstəkləyir.

Tərkibindəki B vitamini sayəsində xurma həm Alzheimer xəstəliyinə qarşı faydalıdır, həm də beyin sağlamlığına faydalıdır.

Təbii şəkərdən ibarət olan xurma şirniyyat və reseptlərdə təbii dadlandırıcı kimi də istifadə edilir. Dərinin elastikliyini qorumağa kömək edən və dərini hamar saxlamağa kömək edən D və C vitaminləri ilə zəngin olan qidadır.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun