Tibbi xəbərlər
Robot cərrah ilk dəfə əməliyyatı sıfır səhvlə həyata keçirib və
Tibbi xəbərlər
180

Robot cərrah ilk dəfə əməliyyatı sıfır səhvlə həyata keçirib və bütün qərarları özü verib

Cons Hopkins Universitetinin tədqiqatçıları süni intellektlə təchiz olunmuş avtonom robotun — SRT-H adlı sistemin — öd kisəsinin çıxarılması əməliyyatını insan müdaxiləsi olmadan, tam dəqiqliklə icra etdiyini açıqlayıb.

E-saglam.az xəbər verir ki, bu nailiyyət gələcəkdə robotların cərrahiyyə otaqlarında həkimlərin yanında və ya hətta onların yerinə xidmət edə biləcəyini göstərən əlamətdar addım kimi qiymətləndirilir.

Tədqiqat qrupunun rəhbəri, professor Axel Krieger bildirib ki, robot “istənilən vəziyyətə ağıllı şəkildə reaksiya verən avtonom avtomobil kimi” davranır və qarşılaşdığı bütün cərrahi vəziyyətlərdə müstəqil qərarlar qəbul edib.

Əməliyyat real orqan modeli üzərində aparılıb

Qeyd edək ki, bu əməliyyat hələlik canlı insan üzərində deyil, real toxumalara və daxili orqanlara sahib ölü donuz modelində aparılıb. Bu, sistemin təhlükəsizlik və texniki bacarıqlarının ilkin sınağı üçün əhəmiyyətli mərhələdir. Lakin hələ insanlar üzərində tətbiq üçün erkən hesab olunur.

Robot daha əvvəl cərrahların öd kisəsi əməliyyatına dair videoları ilə təlimləndirilib. Bu əməliyyat xüsusilə çətin hesab olunur, çünki öd kisəsi öd və həzm şirələrini toplayan həssas və kiçik orqandır.

Sürəti hələ insanla rəqabətə davamlı deyil

Tədqiqatçılar etiraf edirlər ki, robotun icra tempi insan cərrahlarla müqayisədə daha yavaşdır. Bu isə sistemin inkişafında əsas təkmilləşdirmə sahələrindən biri kimi göstərilir. Buna baxmayaraq, qərarları avtonom şəkildə verib tətbiq edən bir texnologiyanın uğurla işləməsi gələcək üçün mühüm dönüş nöqtəsidir.

Bu araşdırma “Science Robotics” jurnalında dərc olunub və yaxın illərdə avtonom robotların real xəstələr üzərində də sınaqdan keçirilə biləcəyini ehtimal edir. Əgər bu inkişaf davam edərsə, səhiyyənin gələcəyi tamamilə yeni bir mərhələyə qədəm qoya bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun