Tibbi xəbərlər
Sabunçu Tibb Mərkəzinin direktor vəzifəsi
Tibbi xəbərlər
152

Sabunçu Tibb Mərkəzinin direktor vəzifəsi Kamil Hacıyevə həvalə olundu

Xəbər verdiyimiz kimi, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova ötən gün işdən çıxarılıb.

E-saglam.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinin icrası tibb müəssisəsinin direktorunun cərrahi xidmətlər üzrə müavini Kamil Hacıyevə həvalə edilib.

Xatırladaq ki, K.Hacıyev 2025-ci ilin iyul ayında Sabunçu Tibb Mərkəzinin direktor müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Sabunçu Tibb Mərkəzinin işdən çıxarılan sabiq direktoru Nurəngiz Bəşirova dəfələrlə qalmaqallı hadisələrlə bağlı gündəmə gəlib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun