Kardioloq Sergey Veçtomov bildirib ki, uzun müddət davam edən ağız quruluğu yalnız susuzluq və ya stresslə bağlı olmaya bilər və bəzi hallarda ciddi xəstəliklərin göstəricisi ola bilər.
E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, bu simptomun ən çox rast gəlinən səbəblərindən biri endokrin xəstəliklər, xüsusilə şəkərli diabetdir. Belə hallarda ağız quruluğu adətən güclü susuzluq, tez-tez sidiyə getmə və ümumi zəifliklə müşayiət olunur.
Həkim qeyd edib ki, tüpürcək vəzilərinin xəstəlikləri, o cümlədən iltihabi proseslər və autoimmun pozğunluqlar da ağız quruluğuna səbəb ola bilər. Bunlara Şeqren sindromu da daxildir ki, bu zaman immun sistem tüpürcək və göz yaşı vəzilərinə hücum edir.
Veçtomov əlavə edib ki, bəzi hallarda problem nevroloji və psixoemosional səbəblərlə də bağlı ola bilər. Yüksək stress, narahatlıq və panik ataklar tüpürcək ifrazını azaldaraq müvəqqəti ağız quruluğu yarada bilər.
Tərcümə: Könül Oruc