Tibbi xəbərlər
TƏBİB bu testlərə
Tibbi xəbərlər
236

TƏBİB bu testlərə 5 milyon manat ayırdı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) dəyəri milyonlarla manat həcmində laboratoriya testləri sifariş edib.

E-saglam.az xəbər verir ki, sifariş edilən laboratoriya testləri Respublika Pediatriya Mərkəzində hemoqram, koaquloqramma, sidiyin ümumi analizi, immunohematoloji, PZR müayinələrinin istifadəsi üçün nəzərdə tutulub.

TƏBİB-in tabeliyindəki İnnovasiya və Təchizat Mərkəzi satınalma ilə bağlı “Spektr Med” MMC ilə müqavilə bağlayıb.

Müqaviləyə əsasən, laboratoriya testlərinin satın alınması TƏBİB-ə 5 035 603,98 manata başa gələcək. (iqtisadiyyat.az)

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun