Tibbi xəbərlər
Tibb dünyasında ilk -
Tibbi xəbərlər
411

Tibb dünyasında ilk - Bədənindəki şiş xəstənin gözündən çıxarıldı - FOTO

ABŞ-də həyata keçirilən çətin və riskli cərrahiyyə əməliyyatı tibb dünyasında yeni səhifə açıb.

E-saglam.az xəbər verir ki, həkimlər xəstənin gözündən girərək onurğa sütununa yaxın ərazidə yerləşən bədxassəli şişi çıxarmağa nail olublar.

Əməliyyata rəhbərlik edən neyrocərrah Dr. Labib bu prosedurun nə qədər təhlükəli olduğunu vurğulayıb:

"Şiş beyin sapı, onurğa və əsas qan damarlarına çox yaxın idi. Kiçik bir səhv iflicə və ya ölümə səbəb ola bilərdi. Amma əməliyyat edilməsəydi, şiş böyüyəcək, sinir sisteminə daha çox təzyiq göstərəcək və nəticə qaçılmaz olacaqdı".

"Bu şişlərin təkrar yaranma ehtimalı yüksəkdir. Bu səbəbdən biz beyin cərrahiyyəsi, üz rekonstruksiyası və radioterapiyanı əhatə edən çoxşaxəli müalicə protokolu tətbiq edirik".

Əməliyyatdan sonra xəstəyə radiasiya müalicəsi də verilib. Bu uğurlu müdaxilə tibb sahəsində gələcək müalicə üsullarına ilham verə bilər.

Milli.az

E-saglam.az

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun