Tibbi xəbərlər
Tibbi tullantıları məişət tullantılarına qarışdıranlar – CƏRİMƏLƏNƏCƏKLƏR
Tibbi xəbərlər
625

Tibbi tullantıları məişət tullantılarına qarışdıranlar – CƏRİMƏLƏNƏCƏKLƏR

Respublika ərazisində koronavirusla əlaqəli müalicə alan xəstələrin istifadəsindən çıxan 140-a yaxın tibbi tullantı xüsusi ayrılan müvafiq nəqliyyat vasitələri ilə daşınaraq zərərsizləşdirilib.

E-saglam.az bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov deyib.

Nazirlik rəsmisi bildirib ki, zərərsizləşdirmədən sonra əmələ gələn kül təhlükəli tullantılar üçün nəzərdə tutulan poliqonda xüsusi hücrələrdə zərərsizləşdirilərək basdırılır.

O həmçinin qeyd edib ki, hələ də tibbi tullantılarla məişət tullantılarının qarışdırılması mövcuddur:

“Bu kimi hallara qarşı nəzarət tədbirləri davam etdirilir və qayda pozuntusu olduğu təqdirdə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr müəyyənləşdirilir”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun