Tibbi xəbərlər
Tibdə inqilab: İnsanın ölüm tarixini 80 faiz dəqiqliklə deyən
Tibbi xəbərlər
170

Tibdə inqilab: İnsanın ölüm tarixini 80 faiz dəqiqliklə deyən süni intellekt hazırlandı

ABŞ, İsveçrə və Danimarkadan olan beynəlxalq alim qrupu insanın ölüm tarixini 80% dəqiqliklə proqnozlaşdıra bilən "life2vec" neyron şəbəkəsini hazırlayıb.

E-saglam.az-ın verdiyi məlumata görə, bu barədə tədqiqatın nəticələri "Nature Computational Science" (NCS) jurnalında dərc edilib.

Bildirilib ki, "Life2vec" süni intellekti insanın ömür uzunluğunu təxmini qiymətləndirmək üçün onun sağlamlığı və həyat tərzi haqqında məlumatları təhlil edir.

"Məqsədimiz neyron şəbəkələrinin bu sahədəki imkanlarını nümayiş etdirmək idi", - deyə tədqiqatçılar qeyd ediblər.

Lakin etik mülahizələr alimləri layihənin gələcək inkişafını müvəqqəti olaraq dayandırmağa məcbur edib. (oxu.az) 

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun