Tibbi xəbərlər
Uşaqlarda travma ən çox bu vaxtda olur -
Tibbi xəbərlər
204

Uşaqlarda travma ən çox bu vaxtda olur - Həkim açıqladı

Uşaqlarda travmalara yaz və yay aylarında daha çox rast gəlinir, amma valideynlər sınıqçılara müraciət etməyi üstün tuturlar.

E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş həkimi Nizami Məmmədov bildirib.

Onun sözlərinə görə, travma halları mövsüm və hadisəyə görə dəyişə bilər: “Kənd yerlərində avtoqəzalara az rast gəlinir. Təbii ki, həmin ərazilərdə avtomobil qəzalarından yaranan travmaların sayı az olacaq. Amma şəhərdə sürət həddinin aşılması səbəbindən qəza hallarında artım müşahidə olunur”.

Baş həkim qeyd edib ki, uşaq travmalarına daha ciddi yanaşılmalıdır. Valideynlər sınıqçılara deyil, həkimə müraciət etməlidirlər.

N.Məmmədov məişət travmalarının da mövsümdən asılı olmayaraq qaçılmaz olduğunu deyib: “Əgər zədə böyük deyilsə, həkimə müraciət etmədən evdə müalicə aparmaq olar. İlk mərhələdə zədələnən nahiyəyə buz qoymaq olar. Əgər ilkin müdaxilədən sonra ciddi qızartı, ağrının artımı varsa, mütləq həkimə müraciət olunmalıdır”.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun