Tibbi xəbərlər
200-ə yaxın insan hər gün qatıq yedikdən sonra araşdırılıb -
Tibbi xəbərlər
601

200-ə yaxın insan hər gün qatıq yedikdən sonra araşdırılıb - Nəticəyə təəccüblənəcəksiniz

ABŞ-də iki tibb mərkəzində aparılan araşdırmada ev şəraitində hazırlanan qatığın insan sağlamlığına təsiri qiymətləndirilib.

E-saglam.az xəbər verir ki, İrritabl bağırsaq sindromu (İBS) diaqnozu qoyulan 189 nəfər 6 ay ərzində hər gün 500 ml evdə hazırlanmış qatıq istehlak edib. Nəticədə iştirakçıların 89 faizində İBS simptomlarının tamamilə aradan qalxdığı müşahidə olunub. Qatığın bağırsaq hərəkətlərini normallaşdırdığı və gündəlik həyat keyfiyyətini artırdığı müəyyən edilib.

Tədqiqat nəticələri Dünya Qastroenterologiya Konqresində təqdim olunub. Araşdırmanı şərh edən dosent Dr. Kıvanç Biləcən bildirib ki, İBS-in dəqiq səbəbi məlum olmasa da, bu xəstəliyin bağırsaq divarındakı əzələ və sinirlər arasında siqnal ötürülməsinin pozulması ilə əlaqəli olduğu ehtimal edilir. Nəticədə bağırsaq hərəkətləri uyğunsuzlaşır, bu isə ağrı, qaz, şişkinlik, qəbizlik və ya ishal kimi simptomlara səbəb olur.

Qatıqda mövcud olan probiotik bakteriyalar, xüsusilə Lactobacillus və Streptococcus cinsləri bağırsaq mikrobiomunun balansını qorumağa kömək edir. Evdə hazırlanan qatıqda bu bakteriyalar canlı və aktiv formada daha çox olur. Bu da onun sənaye qatığına nisbətən daha faydalı olmasını izah edir.

Dr. Biləcən qeyd edib ki, südə qarşı həssaslığı olan şəxslər belə evdə hazırlanan qatıq və kefir kimi məhsulları daha asanlıqla qəbul edə bilərlər. Çünki fermentasiya prosesi zamanı laktozanın miqdarı azalır.

Qatıq seçərkən sadə, şəkərsiz və dadlandırıcısız növlərə üstünlük verilməlidir. Etiketində yalnız "pasterizə olunmuş süd" və "qatıq mədəniyyəti" yazısı olan məhsullar seçilməlidir. Yüngül və ya dadlı qatıqlar adətən süni maddələr və dadlandırıcılar ehtiva etdiyi üçün sağlamlıq baxımından risk daşıyır.

Ev şəraitində qatıq hazırlamaq üçün pasterizə olunmuş süd tövsiyə olunur. Küçə südündən istifadə olunacaqsa, onun gigiyenik və bakterial nəzarətdən keçdiyinə əmin olmaq lazımdır. Əks halda, zərərli bakteriyalar südün mayalanmasına mane ola və sağlamlıq üçün təhlükə yarada bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun