Tibbi xəbərlər
2050-ci ilə qədər kişilərin ölümü kəskin artacaq -
Tibbi xəbərlər
296

2050-ci ilə qədər kişilərin ölümü kəskin artacaq - Tədqiqatın nəticəsi

2050-ci ilə qədər xərçəng səbəbindən ölən kişilərin sayı artacaq.

E-saglam.az xəbər verir ki, bu barədə Avstraliyada yerləşən Queensland Universitetində tədqiqat aparılıb.

Mütəxəssislər yaşlı kişilərlə yanaşı, gənclər arasında da xərçəng səbəbindən ölümlərin artacağını bildiriblər.

185 ölkədə qeydə alınan sağlamlıq göstəriciləri əsasında aparılan tədqiqat xərçəngə tutulma sayında da artım olacağını göstərir. Xəstəliyin ən çox yayılacaq növünün isə dəri xərçəngi olacağı ehtimal olunur.

Bundan başqa, prostat və ağciyər xərçənginə yoluxanların sayında da artım olacaq. (sfera.az)

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun