Tibbi xəbərlər
3 həftə KTM-də süni tənəffüs aparatında qalan xəstə
Tibbi xəbərlər
288

3 həftə KTM-də süni tənəffüs aparatında qalan xəstə həyata qaytarıldı

1991-ci il təvəllüdlü vətəndaş çox ağır gedişli botulizm səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib.

Mərkəzdən E-saglam.az-a verilən xəbərə görə, xəstə daxil olarkən vəziyyəti hədsiz ağır olub, kəskin tənəffüs çatışmazlığı əlamətləri müşahidə edilib.

Dərhal xəstəyə lazımi tədbirlər başladılıb, traxeostomik boru qoyulub. 3 həftə süni tənəffüs aparatında qalan xəstə müalicə həkimləri olan Natella Qurbanova, İnara Ağabalayevanın müvafiq müalicə konsultasiyaları nəticəsində həyata qaytarılıb.

Xəstə sağlamlığına tam qovuşduqdan sonra heç bir fəsadsız evə buraxılıb.

Məlumat üçün qeyd edək ki, botulizm diaqnozu qoyulan xəstələrin həyatda qalma ehtimalı çox aşağıdır. Bu xəstəlik daha çox konservləşdirilmiş qidalardan yaranır. Botulizmin simptomlarını hiss etdikdə dərhal həkimə və ya təcili tibbi yardıma müraciət etmək vacibdir.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun