Tibbi xəbərlər
4 gün komada qalan hamilə qadın
Tibbi xəbərlər
455

4 gün komada qalan hamilə qadın sağlam körpə dünyaya gətirdi - FOTO

4 gün komada qalan hamilə qadın Kliniki Tibbi Mərkəzdə (KTM) sağlam körpə dünyaya gətirib.

Bu barədə E-saglam.az-a KTM-dən məlumat verilib.

Bildirilib ki, 11.10.2024-cü il tarixində 27 yaşlı hamilə qadın qıcolma sindromu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Doğum-Reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edilib ki, 4 gün həmin şöbədə komada qalan hamilə pasiyent uğurlu müalicə prosedurları nəticəsində həyata qaytarılıb. 07.04.2025-ci il tarixində və hamiləliyin 39-cu həftəsində pasiyentə qeysəriyyə kəsiyi əməliyyatı icra edilib:

"Çəkisi 3990 qram, boyu 52 sm olan sağlam körpə (kişi cinsli) dünyaya gəlib. Zəruri müayinələrdən sonra ana və körpənin səhhəti yaxşı vəziyyətdə evə buraxılıb",- deyə məlumatda qeyd edilib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun