Tibbi xəbərlər
62 yaşlı kişi 217 dəfə koronavirus peyvəndi vurdurubmuş
Tibbi xəbərlər
654

62 yaşlı kişi 217 dəfə koronavirus peyvəndi vurdurubmuş – Alman həkimləri şokda

Almaniyada 62 yaşlı kişi ümumilikdə 217 dəfə koronavirus peyvəndi alıb.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, “The Lancet Infectious Diseases” jurnalında dərc olunan hesabata görə, Almaniyada yaşayan 62 yaşlı xəstə ümumilikdə 217 dəfə koronavirusa qarşı peyvənd olunub. Koronavirus peyvəndinin dozaları 29 ay ərzində özəl olaraq alınıb və yaşlı kişiyə vurulub.

Tədqiqatçılar bildirirlər ki, xəstədə heç bir yan təsir müşahidə olunmayıb.

Mütəxəssislər xəstədən qan və tüpürcək nümunələri tələb edərək müayinələr aparıblar. Mütəxəssislər xəstənin əvvəllər peyvənd olunmadığı müddətdə dondurduğu qan nümunələrini də araşdırıb və iki nəticəni bir-biri ilə müqayisə ediblər.

Mikrobiologiya şöbəsindən Dr. Kilian Şober qarşılaşdıqları bu nadir hadisəni belə izah edib:

“Biz bu məsələ ilə bağlı qəzetdən öyrəndik. Öyrəndiyimiz kimi sözügedən şəxslə əlaqə saxladıq və ondan bizim üçün müxtəlif testlərdən keçməsini istədik. Bu qan və tüpürcək nümunələri sayəsində biz kişinin immun sisteminin peyvəndlərə necə reaksiya verdiyini görə bildik".

Mütəxəssislər, tez-tez təkrarlanan dozalarla immunitet sisteminin həddindən artıq stimullaşdırılmasının bəzi immun hüceyrələrini tükədə biləcəyini düşünürdülər. Lakin 62 yaşlı kişi üzərində aparılan analizlər vaksinin həddindən artıq dozasının heç bir problem yaratmadığını göstərib.

Yenə də mütəxəssislər həddindən artıq dozada koronavirus peyvəndini istifadə etməyi məsləhət görmürlər. Sözügedən şəxs üzərində edilən testlərdə peyvəndin həddindən artıq dozasının problem yaratmadığı müşahidə edilsə də, aparılan testlərin bir nəticəyə gəlmək üçün kifayət etmədiyi bildirilib.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun