Tibbi xəbərlər
Ağızda səhər acısı hansı xəstəliklərdən xəbər verir?
Tibbi xəbərlər
362

Ağızda səhər acısı hansı xəstəliklərdən xəbər verir?

Səhərlər ağızda acılığın səbəblərindən biri öd reflüdür.

E-saglam.az xəbər verir ki, bu barədə Gazeta.ru-ya qastroenteroloq Yevgeni Belousov danışıb.

Öd yollarının fəaliyyəti pozulursa, öd mədəyə, ondan isə yemək borusuna atılaraq acılıq hissi yarada bilər.

Digər mümkün səbəblərə qaraciyər və öd kisəsi problemləri daxildir. Mədə-bağırsaq traktının xəstəlikləri, məsələn, qastrit və xoralar, həmçinin diabetes mellitus və digər endokrin xəstəliklər istisna edilməməlidir.

Eyni zamanda, Belousov vurğulayıb ki, ağızdakı acı heç bir xəstəlikdən xəbər vermir. Çox vaxt əsas səbəb gigiyena qaydalarına riayət edilməməsi və ya bədənin müəyyən dərmanların, o cümlədən antibiotiklərin qəbuluna reaksiyasıdır.

Bundan əlavə, şam fıstığı yedikdən sonra ağızda acılıq yarana bilər. (SİA)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun