Tibbi xəbərlər
Ağstafada ilan sancan hamilə qadın ana olub,
Tibbi xəbərlər
275

Ağstafada ilan sancan hamilə qadın ana olub, vəziyyətləri...

Bir müddət əvvəl Ağstafada ilan sancan 7 aylıq hamilə ana olub.

Bu barədə E-saglam.az-a Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.

Bildirilib ki, qadının ilan sancması səbəbilə Ağstafa rayonundan Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunan pasiyentin körpəsi elə KTM-də dünyaya gəlib.

Oktyabrın 31-də Ağstafa rayonundan KTM-in doğum şöbəsinə gətirilən qadın fəsadlaşmış analıq anamnezi ilə Ginekoloji Patologiya şöbəsinə qəbul olunub. Daxil olduğu gündən noyabrın 6-na qədər ana müvafiq müayinələrdən keçib və stasionar şəkildə müalicələr alıb.

Noyabrın 6-da isə ananın və dölün perinatal mühafizəsi məqsədilə tibbi göstərişlərə əsasən hamiləlik keysəriyyə kəsiyi əməliyyatı ilə sonlandırılıb.

Çəkisi 3 kq, boyu 51 sm olan oğlan uşağı dünyaya gəlib.

Mərkəzdən bidirilib ki, hazırda ananın və körpənin vəziyyəti kafidir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun