Allergiya xəstələri öz bağlarında, tərəvəz bağçalarında və ya qazonlarında bəzi məşhur bəzək bitkiləri əkməməlidirlər.
E-saglam.az xəbər verir ki, "Mirror"la söhbətində bağban Brayan Davenport allergiya xəstələrinə bu cür bitkiləri əkməmək barədə xəbərdarlıq edib .
Əvvəla, Davenportun fikrincə, saman çəmənliklər üçün arzuolunmazdır - allergiya xəstələrinin 90 faizi bu bitki də daxil olmaqla ot poleninə həssasdır.
Mütəxəssis həmçinin tozcuqları küləklə daşınan və ot qızdırması olan insanlarda lakrimasiyanın artmasına və burun axmasına səbəb ola bilən çobanyastığı əkməkdən çəkinməyi də tövsiyə edib.
Bundan əlavə, əgər allergiyanız varsa, yovşanyarpaq (ambroziya) əkmək arzuolunmazdır - bu bitki küləklə yayılan bir milyarda qədər polen hissəcikləri istehsal edə bilər.
Davenportun qara siyahısına həcmli çiçəkləri polenlə zəngin olan günəbaxanlar da daxil idi.
Bağban xrizantemaları da xüsusilə alllergik bitki adlandırıb.
Tərcümə etdi: Könül Oruc