Alzheimer xəstəliyinin müxtəlif növləri var, lakin onların hamısı yaddaş problemləri ilə müşayiət olunur.
E-saglam.az xəbər verir ki, klinik psixoloq və somnoloq Aleksey Melekhin bu barədə "aif.ru" ilə söhbətində bildirib.
O, bu xəstəliyin təcili tibbi yardım tələb edən iki əlamətini də açıqlayıb.
Melekhinə görə, əgər bir şəxs cümlə qurmaqda, məlumatı qavramaqda və əldə etməkdə çətinlik çəkirsə, ifadələri qarışdırmağa və dəyişdirməyə başlayırsa, ehtiyatlı olmaq lazımdır.
Mütəxəssis qeyd edib ki, bəzən xəstəliyin ilkin mərhələsində insanlar reallıqda olmayan hadisələri real hesab etməyə başlayırlar. Ancaq somnoloq bu problemin sonrakı mərhələlərdə də görünə biləcəyini söyləyib:
"Bir insanın sadə şeyləri - açarları və telefonu unutmağa başlaması və bu unutqanlığın tez-tez olması artıq bir siqnaldır. Əgər ayda 5-10 və daha çox belə unutqanlıq baş verirsə ehtiyatlı olmaq lazımdır".
"Əgər insan nitq, tərcümeyi-hal və ya məkan oriyentasiyası ilə bağlı problemlər yaşamağa başlayırsa, gözləməməlisiniz, diaqnoz qoymaq üçün bir mütəxəssislə əlaqə saxlamalısınız", - deyə psixoloq bildirib.
O, vurğulayıb ki, diaqnoz vaxtında qoyularsa, həkimlər dağıdıcı prosesləri ləngidən terapiya təyin edə biləcəklər.
Tərcümə etdi: Könül Oruc