Tibbi xəbərlər
Alzheymer xəstəliyinin yeni səbəbi tapıldı
Tibbi xəbərlər
2583

Alzheymer xəstəliyinin yeni səbəbi tapıldı

ABŞ-dən olan molekulyar bioloqlar aşkar ediblər ki, APOE4 mutasiyası beynin dəstəkləyici hüceyrələrində piy damcılarının əmələ gəlməsinə kömək edir ki, bu da Alzheymer xəstəliyinin inkişafının sürətlənməsinə gətirib çıxarır.

E-saglam.az xəbər verir ki, alimlərin tapıntıları “Nature” jurnalında dərc olunan məqalədə əksini tapıb.

“Bu yağ ləkələri beta-amiloid və digər zəhərli zülallara cavab olaraq beynin dəstəkləyici hüceyrələri olan mikroqlia tərəfindən istehsal olunur, necə ki, bəzi immun hüceyrələri bakterial infeksiyalara cavab olaraq oxşar yağ ləkələri əmələ gətirir”, - araşdırmada deyilir.

Alimlər ümid edirlər ki, bu tapıntı Alzheymer xəstəliyi ilə mübarizə üçün yeni üsulların yaradılmasına gətirib çıxaracaq.

Mənbə: TASS/Oxu.Az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun