Tibbi xəbərlər
Anadangəlmə ürək qüsurlarının aradan qaldırılmasını İTSDA qarşılayır
Tibbi xəbərlər
416

Anadangəlmə ürək qüsurlarının aradan qaldırılmasını İTSDA qarşılayır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Bona Dea Hospitalında uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması üzrə ümumilikdə 44 tibbi xidmət dövlət büdcəsi hesabına qarşılanır.

E-saglam.az xəbər verir ki, bu məlumatı Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova media nümayəndələri üçün təşkil edilən tur zamanı bildirib.

Agentlik rəsmisinin sözlərinə görə bu xidmətlərə ürək qapaqlarının təmiri və ya dəyişdirilməsi, ürəkətrafı kisənin açılması, qulaqcıqarası, mədəcikarası çəpər defektlərinin protezlə bərpası, kəskin ürək çatışmazlığında qanın oksigenlə zənginləşdirilməsi və digər tibbi prosedurlar daxildir.

2023-cü ilin noyabrından bu günədək 95 uşaq əməliyyat olunub.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun