Xəbərlər
Arktika buzlarının əriməsi qədim,
Xəbərlər
442

Arktika buzlarının əriməsi qədim, ölümcül xəstəliklərə səbəb ola bilər

Dünya qədim xəstəliklərin yayılması ilə təhlükə altındadır

E-saglam.az xəbər verir ki, beynəlxalq alimlər qrupu aşkar ediblər ki, Arktika buzlarının sürətlə əriməsi unudulmuş xəstəliklərin yenidən yaranmasına şərait yaradır. Bu barədə “Science of the Total Environment” jurnalında bu yaxınlarda dərc edilmiş məqalədə deyilir .

Müəlliflər Kanada, Alyaska, Qrenlandiya və Şimali Avropa regionlarında vəziyyəti əhatə edən onlarla araşdırma, məqalə və hökumət hesabatlarını təhlil ediblər. Onlar belə qənaətə gəliblər ki, torpağın əriməsi ölü heyvanların cəsədlərində və digər üzvi qalıqlarda saxlanılan patogenləri buraxmaq təhlükəsi yaradır.

Tədqiqatın həmmüəllifi Sharjah Universitetinin əməkdaşı Xalid Megahed Abbas deyib: “Arktika dünyanın əksər hissələrinə nisbətən daha sürətli istiləşdiyinə görə, biz ekoloji dəyişikliklərin - məsələn, əbədi donların əriməsi və ekosistemlərin dəyişməsi kimi - heyvanlar və insanlar arasında yoluxucu xəstəliklərin yayılmasını asanlaşdıra biləcəyini görürük.

Alimlər sürətlə dəyişən dünyada sağlamlığın qorunması üçün vahid, hərtərəfli strategiyanın hazırlanmasının zəruriliyinə diqqət çəkirlər. Onlar qeyd edirlər ki, bugünkü sanitar normalar sürətlə əriyən permafrost torpaqlarına qərq olmuş regionun reallıqlarına uyğun gəlmir. İqlim dəyişikliyi təbii proseslərin tarazlığını pozur, infeksiya daşıyıcılarının sayını artırır və heyvanların miqrasiya yollarını dəyişir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun