Tibbi xəbərlər
Aspirin, kardiomaqnil koronavirusdan qoruyurmu? - Türk həkimdən cavab
Tibbi xəbərlər
320

Aspirin, kardiomaqnil koronavirusdan qoruyurmu? - Türk həkimdən cavab

Pandemiya ərəfəsində infeksiyaya yoluxmamaq üçün müalicə zamanı və ya peyvənddən sonra qandurulducu dərmanların ümumi istifadəsi kütləvi hal aldı.

Türkiyəli ürək cərrahı Barış Caynak insanların qandurulduculara qoruyucu kimi baxmasına münasibət bildirib.

"Əgər siz koronavirusa yoluxmusunuzsa aspirin istifadə etməyiniz tövsiyə edilir, ancaq həkiminiz lazım gəldiyi təqdirdə qan durulaşdırıcı dərmanlar məsləhət görə bilər. Bu, xəstəlik vəziyyətinizin nə qədər ağırlaşmasından asılıdır.

Bununla belə, qandurulducular sizi xəstəlikdən qorumur. Həm peyvənddən sonra əlavə faydaları da yoxdur.

Amma bütün bu proseslərdən əvvəl ürək xəstəliyinizlə əlaqədar təyin olunan qan durulaşdırıcılardan istifadə etməlisiniz. Ürək və ya digər damarlarında stenoz (darlıq) diaqnozu qoyulan, by-pass və ya stent qoyulmuş xəstələr mütləq qandurulduculardan istifadə etməlidirlər". /medicina.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun