Tibbi xəbərlər
Azərbaycana meymunçiçəyi "gətirən" şəxslə eyni təyyarədə
Tibbi xəbərlər
1299

Azərbaycana meymunçiçəyi "gətirən" şəxslə eyni təyyarədə olanlar da yoxlanılacaqlar?

"Təyyarədə səfər zamanı şəxslərin meymunçiçəyinə yoluxması ehtimalı sıfıra bərabərdir".

E-saglam.az xəbər verir ki, bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilib.

"Meymunçiçəyi çox yaxın təmas - cinsi yol və ya bir açıq yara ilə digər açıq yaranın təması zamanı yayıla bilər. Bu səbəbdən də meymunçiçəyinə yoluxmuş şəxslə eyni təyyarədə Azərbaycana qayıdan digər şəxslərin yoluxması ehtimalı sıfıra bərabərdir",- deyə açıqlamada vurğulanır.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun