Tibbi xəbərlər
Azərbaycanda bu özəl klinikada
Tibbi xəbərlər
271

Azərbaycanda bu özəl klinikada lisenziyadan kənar tibbi fəaliyyət aşkarlandı - CƏRİMƏ

"RM Medicare Klinika" MMC sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarını pozduğuna görə cərimələnib.

E-saglam.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması, Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.  

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. 

Hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, sözügedən inzibati xətaya görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun